Teymur Rəcəbov Rusiya Xalq Artistinin qızı ilə nişanlandı – FOTObackend

Teymur Rəcəbov Rusiya Xalq Artistinin qızı ilə nişanlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov Rusiyanın Xalq Artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə A.Maksakova İnstaqram hesabında paylaşıb. Xalq Artisinin nəvəsi fotonun üzərinə “FİDE dünya çempionatında nişanlımla” şərhini yazıb.

Daha sonra Rəcəbov özü də nişanlısının paylaşımını “repost” edərək məlumatı təsdiqləyib.

Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub, lakin sonradan cütlük boşanıb. Onların Məryəm adlı bir övladı var.

Xatırladaq ki, Elnarə Nəsirli Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.

Teymur Rəcəbov Rusiya Xalq Artistinin qızı ilə nişanlandı
Teymur Rəcəbov Rusiya Xalq Artistinin qızı ilə nişanlandı