Teymur Rəcəbov pley-off mərhələsinə qələbə ilə başladıbackend

Teymur Rəcəbov pley-off mərhələsinə qələbə ilə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahmat üzrə “Skilling Open” turnirində 1/4 final mərhələsinin ilk görüşləri keçirilib.

TİA.AZ-ın məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov pley-offda ABŞ şahmatçısı Uesli So ilə üz-üzə gəlib. 4 partiyadan ibarət ilk dueldə 2 qələbə qazanıb, 1 heç-heçə edən 33 yaşlı qrossmeyster sonuncu qarşılaşmaya ehtiyac qalmadan birinci günün qalibi olub.

Rəcəbov noyabrın 26-da Uesli So ilə daha 4 görüş keçirəcək.

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.