Teymur Rəcəbov İddiaçılar Turnirindən imtina etdibackend

Teymur Rəcəbov İddiaçılar Turnirindən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtina edib.

“Report”un Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tanınmış qrossmeyster şəxsi səbəblərdən bu addımı atıb. O, qərarı barədə FIDE-ni də xəbərdar edib. Ali şahmat qurumu Rəcəbovu fransalı Maksim Vaşye Laqravla əvəzləyib.