Teymur Rəcəbov Çempionlar Turuna başçılıq edirbackend

Teymur Rəcəbov Çempionlar Turuna başçılıq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün əvvəl Ermənistan şahmatçısı Levon Aronyana qalib gəlməklə 60 min dollar qazanan Teymur Rəcəbovun sürətli şahmat üzrə onlayn Çempionlar Turu çərçivəsində növbəti yarışının vaxtı bəllidir.

TİA.AZ-ınaraşdırmasına görə, bu turnirin növbəti mərhələsi 6-14 fevral (müntəzəm) tarixlərində keçiriləcək. Bu yarışda qalib 30 min, finalçı 15 min dollar qazanacaq.

Bundan başqa, Çempionlar Turunun 13-21 mart (əsas), 24 aprel – 2 may (müntəzəm), 23-31 may (əsas), 26 iyun – 4 iyul (müntəzəm), 31 iyul – 8 avqust (müntəzəm), 28 avqust – 5 sentyabr (müntəzəm) və 25 sentyabr – 3 oktyabr (final) tarixlərində mərhələləri keçiriləcək.

Qeyd edək ki, hazırda Teymur Rəcəbov yarışın baş tutmuş iki mərhələsi – “Skilling Open” (22-30 noyabr) və “Airthings Masters” (26 dekabr – 3 yanvar) turnirləri üzrə turnir cədvəlinə başçılıq edir. Şahmatçımız ilk yarışda 3, ikincidə 88 xal toplamaqla 91 xal qazanıb.

İkinci sırada “Skilling Open”ın qalibi Uesli So (ABŞ) gedir. Filippin doğumlu idmançının 62 xalı var. Levon Aronyan (Ermənistan) və klassik şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç) 50 xala malikdir.

Onu da bildirək ki, müntəzəm və əsas turnirlərin fərqi reqlamentdə və mükafat fondundadır. Belə ki, əsas turnirlərdə mükafat fondu 200 min, müntəzəmdə 100 min dollardır. Final mərhələsində isə 300 min dollar şahmatçıların tutduğu yerdən asılı olaraq paylanılır.