Teymur Rəcəbov bu gün 1/4 finalda Niderland şahmatçısı ilə qarşılaşacaqbackend

Teymur Rəcəbov bu gün 1/4 finalda Niderland şahmatçısı ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin 1/4 finalında mübarizəyə başlayacaq.

TİA.AZ-ın məlumatına görə, 34 yaşlı qrossmeyster Niderlandı təmsil edən Aniş Giri ilə üz-üzə gələcək.

Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.1/4 final görüşləri iki gün davam edəcək.

1/4 final cütlərinin tərkibi:

Maqnus Karlsen (Norveç) – Daniil Dubov (Rusiya)
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (AZƏRBAYCAN)
Uesli So (ABŞ) – Yan Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) – Maksim Vaşye-Laqrav (Fransa)

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.