Təxribat törətmək istəyərkən öldürülən erməni hərbçilərin adları açıqlandıbackend

Təxribat törətmək istəyərkən öldürülən erməni hərbçilərin adları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Rəsmi İrəvan 2020-ci ilin 9 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Qarabağ bəyannaməsini pozan təxribat xarakterli əməllərinə davam edir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 3 hərbçisi məhv edilib.
Ermənistan Müdafiə Nazirliyi açıqlamasında cəbhədə intensiv döyüşlərin getdiyini, üç erməni hərbçinin öldüyünü, ikisinin isə yaralandığını açıqlayıb.
Onlar öldürülən hərbçilərinin adını da açıqlayıb.
– Hayk Gevorqyan (baş leytenant)
– Koryun Harutyunyan (əsgər)
– David Koçaryan (əsgər)
Qeyd edək ki, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü Azərbaycan tərəfindən qəbul edilib.