Testosteronu az olan kişilər iş tapa bilmir – ALİMLƏRbackend

Testosteronu az olan kişilər iş tapa bilmir – ALİMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Alman alimləri testosteron hormonunun səviyyəsinin kişilərin iş tapmasına təsir etdiyini açıqlayıb.
 
Bakupost.az xəbər verir ki, onlar elmi araşdırmalarında yüksək testosteronun kişilərin iş tapmasına dolayısı ilə mane olduğunu görüb.
Demoqrafik Tədqiqatlar institutunun alimləri testosteronun işsiz qalmağa təsirini belə izah edib.
Onlar 2115 nəfər 25-65 yaş arası kişinin məlumatlarını analiz ediblər.
Onların hamısı testosteron analizi verib.
Sonradan alimlər müəyyən edib ki, işi olan və işdən çıxsa da asanlıqla iş tapa bilən kişilərdə testosteron səviyyəsi normal və yüksəkdir. Testosteronu az olanlar isə daim iş problemi yaşayır.
“Bizim təhlil göstərdi ki, testosteronu yüksək kişilər işə qəbul zamanı müəyyən üstünlük qazanır. Halbuki hormonal dəyişikliyin işə təsiri yoxdur. İş ondadır ki, testosteron hormonu yüksək olan kişilər daha enerjili, özünə əmin və çılğın olur və bu işəgötürəndə əmimlik yaradır. Testosteronu az olanlar isə peşəkar işçi olsalar da zəif təsir bağışlayırlar”.
Bu ona əsas verir ki, işdə bəxti gətirməyənlər testosteronun səviyyəsini yoxlatsa yaxşı olar. Gələcəkdə bu hormonun işgüzarlığa təsiri də öyrəniləcək.