Təslim olan Ukrayna əsgərlərinin taleyi bəlli oldubackend

Təslim olan Ukrayna əsgərlərinin taleyi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Silahlarını yerə qoyaraq təslim olan və Azovstal Polad Zavodundan təxliyə edilən 2439 Ukrayna əsgərinin separatçı Donetsk vilayətində keçirilən məhkəmədə hakim qarşısına çıxacağı açıqlanıb. 

TİA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, Kiyev əsgərlərin rus əsgərləri ilə dəyişdirilməsini təklif edib, lakin rusiyalı deputatlar bu təklifi xoş qarşılamırlar.

Rusiya təxliyyə edilən əsgərlərin Donetsk bölgəsindəki keçmiş həbsxana kompleksinə yerləşdirildiyini açıqlayıb.

Təxliyə edilən əsgərlərin aqibətinin nə olacağı günlərdir müzakirə mövzusu olub.

Rusiya silahı yerə qoyan 2439 ukraynalı əsgərin həyat təhlükəsizliyini təmin edəcəyini və yaralıları müalicə edəcəyini vəd etmişdi, lakin Rusiya Dövlət Dumasında aparılan müzakirələr əsgərlərin taleyi ilə bağlı narahatlıqları artırdı.