“Tesla”nın səhmləri xeyli ucuzlaşdıbackend

“Tesla”nın səhmləri xeyli ucuzlaşdı

“Tesla” şirkəti ötən gün “S & P Dow Jones Indices” komitəsi tərəfindən “S & P 500” indeksinə daxil edilməyəndən sonra səhmləri xeyli ucuzlaşıb.

TİA.AZ xəbər verir ki, bugünkü hərracdan əvvəl (pre-market) şirkətin səhmləri 11 faiz dəyər itirib.

Qeyd edək ki, ötən il “Tesla” 10 dəfə bahalaşıb və bunun mühüm amillərindən biri də elə “S & P 500”ə daxil ediləcəyinə dair sərmayədarların gözləntiləridir. Belə ki, ABŞ bazarının 505 ən böyük, sabit, bahalı şirkətini əhatə edən bu mühüm indeksinə daxil ediləcəyi təqdirdə “Tesla”nın səhmləri bahalaşmağa davam edəcəkdi.

“Standard & Poor’s 500” indeksinə daxil edilən şirkətlər ABŞ-da yerləşməli, azı 8,2 milyard ABŞ dollarılıq bazar dəyərinə, yüksək likvidliyə malik olmalı, yəni səhmlərinin azı yarısı açıq abunə yolu ilə satılmalıdır. Daha bir mühüm şərt dörd rüb dalbadal mənfəət gətirməsidir. Lakin “Tesla”nın hər dörd şərti yerinə yetirməsinə baxmayaraq, “S & P Dow Jones Indices” komitəsi yenə də “Etsy”, “Teradyne”, “Catalent Pharma”ya üstünlük verdi.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki