Tərxis edilmiş şəxslərdən Müdafiə Nazirliyinə neçə müraciət daxil olub?backend

Tərxis edilmiş şəxslərdən Müdafiə Nazirliyinə neçə müraciət daxil olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bakı şəhərində fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 23-ü tarixi də daxil olmaqla 4214 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə 1084 vətəndaşın müraciətinə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 966 müraciəti yerində həll olunub.