Tərtərin icra başçısı ondan torpaq istəyən qaziyə hörmətsizlik edib-İTTİHAMbackend

Tərtərin İcra başçısı ondan torpaq istəyən qaziyə hörmətsizlik edib-İTTİHAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər rayon İcra Hakimiyyətin başçısı Müstəqim Məmmədov vəzifə səlahiyyətlərini aşaraq Qarabağ Qazilərinə qarşı hörmətsizlik etməkdə davam edir.TİA.AZ bildiir ki, Tərtər rayon icra başcısısıdan QMƏVŞAİB-in Tərtər filialına çox sayda şikayətlər daxil olmuşdur. Bunlardan biri də Qarabağ qazisi Ruslan Abbasova qarşı olub.

Belə ki, Ruslan Abbasov icra başçısından pambıq əkmək üçün iki hektar əkin yeri  istəmiş və üstündən bir il kecməsinə baxmayaraq Müstəqim Məmmədov ona əkin yeri ayırmayıb. Son görüşündə  Tərtər İcra başçısının ona cavabı belə olmuşdur ki, “gedib döyüşmüsən,yaralanmısan və pulunu da Dövlət verir”

Müstəqim Məmmədov qaziyə  “Get özünə iş tap” deyərək hətta kabinetində ona  əyləşməyi belə təklif etməmişdir. Onu da qeyd etmək lazımdır ki,Ruslan Abbasovun atası Xəyyam Abbasov 1992-1994 -cü ilin Qarabağ Müharibəsində iştirak etmişdir. Oğlu Ruslan Abbasov isə Aprel döyüşlərində kəşfiyyatda olmuş,igidliyi ilə fərqlənmiş və başından ağır güllə yarası almışdır.

Qarşı tərəfi də dinləməyə hazırıq.

TİA.AZ