Tərtərin başçısı evi dağılanların kartlarını vermir: “75 faizi mənim…”backend

Tərtərin başçısı evi dağılanların kartlarını vermir: “75 faizi mənim…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtərin icra başçısı Müstəqim Məmmədov həbs edilən keçmiş həmkarlarından ibrət dərsi götürməyərək 44 günlük müharibədə evləri dağılan sakinlərə çatacaq ödənişlərin kartını özündə saxlayır.
TİA.Az xəbər verir ki, bu barədə hüquqşünas Mehman Muradlı yazıb. Onun sözlərinə görə, evləri dağılmış sakinlərə xəbər veriblər ki, mülklərinin bərpası üçün ödənişlər gəlib və kartları icra hakimiyyətindən götürə bilərlər.
M.Muradlı bildirir ki, kartlar icra başçısı Müstəqim Məmmədovdadır. Onun isə şərti belə olub ki, 25 faizi sizin, 75 faizi mənim olsun…Deyəsən, icra başçısı “qara maskalı”ların Tərtərə gəlişi üçün çox həvəslidir.
Qeyd edək ki, rayonlarda komissiyalara yerli fövqəladə hallar komissiyalarının rəhbərləri başçılıq edib. Camaat da narazıdır.
Qiymətləndirici komissiyalar isə RİH-lərin nəzdində yaradılıb və müharibədən zərər çəkənlərdən də pul çıxarmağa çalışırlar. Mövzu ilə bağlı artıq sosial şəbəkələrdə müzakirələr genişlənib, İH və Tərtərin deputatlarının, Nazirlər Kabinetinin mövqeyi gözlənilir.

TİA.AZ