Tribuna İnformasiya Agentliyi

Tərtərdə “Ölkəmizi tanıyaq” tur-aksiyaya iştirakçıları yola salındı

17 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar. 

Bu gün Tərtər şəhərində rayonun məktəblilərindən ibarət qrupun Lənkəran-Masallı-Astara istiqaməti üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, məktəbliləri 17 noyabr – Milli Dirçəliş günü münasibətilə və tur-aksiyada iştirak etdiklərinə görə təbrik edib. Bildirib ki, dövlət başçısının tapşırığına əsasən 2014-cü ildən etibarən 9-11-sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. M. Məmmədov hər bir bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, kulinariyası, coğrafiyası olduğunu qeyd edərək, məktəblilərə getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi tövsiyə edib, mənalı istirahət arzulayıb.

Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın cənub bölgəsinə yola düşüblər.