backend

Tərtərdə monitorinq keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib. 

Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçisi Jiri Aberle Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib. Sonra nümayəndələr aprel hadisələri zamanı Tərtər rayonun erməni silahlı birləşmələri tərəfindən atəşə tutulması nəticəsində Tərtər şəhərində ziyan çəkmiş evlərin sakinləri ilə görüşüb, evlərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Monitorinq insidentsiz başa çatıb.