“Tərtər işi”: İşgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilibbackend

“Tərtər işi”: İşgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2017-ci ilin may-iyun aylarında “Tərtər işi” ilə bağlı işgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib.
Bu barədə TİA.AZ-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlki istintaq zamanı işgəncələr nəticəsində ölməsi müəyyən edilən şəxslərdən əlavə Təmkin Nizamioğlunun da işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar əldə edildiyindən, onun meyiti ekshumasiya olunub və keçirilən məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunub.
Cinayət-prosessual qanunvericiliyə uyğun olaraq qeyd edilən şəxsin yaxın qohumunun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması təmin edilib.