“Tərtər – erməni nasizmi qarşısında Azərbaycanın “Stalinqrad”ıdır” – Hikmət Hacıyevbackend

“Tərtər – erməni nasizmi qarşısında Azərbaycanın “Stalinqrad”ıdır” – Hikmət Hacıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın humanitar atəşkəsə “sadiq qalması” tam riyakarlığın təzahürüdür”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

“Səhərdən Tərtər şəhəri güclü artilleriya hücumuna məruz qalır. Şəhərə və ətraf kəndlərə 100-dən çox top mərmisi atılıb, 6 dinc sakin yaralanıb. Bir mülki şəxs qətlə yetirilib. Tərtər – erməni nasizmi qarşısında Azərbaycanın “Stalinqrad”ıdır”, – o yazıb.

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir. Bir mülki şəxs ölüb.