Tribuna İnformasiya Agentliyi

Terrorçunu “Facebook”da tərifləyən qıza həbs cəzası

26 Noyabr

Danimarkanın paytaxtı Kopenhagendə terror hücumları təşkil edən Ömər əl-Hüsseini sosial şəbəkədə tərifləyən qıza şərti həbs cəzası verilib. 

Danimarkanın paytaxtı Kopenhagendə terror hücumları təşkil edən Ömər əl-Hüsseini sosial şəbəkədə tərifləyən qıza şərti həbs cəzası verilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı qız öz “Facebook” hesabında terrorçu haqqında “Bu cür ölməsinə təəssüf edirəm. Amma o, başqa heç kəsin cəsarət etmədiyi bir şeyi etdi. O, bunu Məhəmməd peyğəmbər üçün etdi. O, həqiqi bir qəhrəmandır” sözlərini yazıb.

Paylaşım mətbuatın da diqqətini çəkib. Mediada yayıldıqdan sonra isə qız paylaşımı silib.

Kopenhagen şəhər məhkəməsi isə əfqanıstanlı qız haqqında “Terror çağırışı etmək” maddəsi ilə cinayət işi açıb. Gənc qız barəsində 4 ay həbs və Danimarkadan deportasiya edilmə qərarı verilib.

TİA.AZ