Məşhur amerikalı aktyor Arnold Şvartsenegger yeni “Terminator” filminin çəkilişlərinin nə zaman başlayacağı ilə bağlı açıqlama verib.
Kult.az xəbər verir ki, aktyor iyun və oktyabr aylarında filmin çəkilişlərinin başlayacağını deyib.
“Səbrsizliklə T-800 modelində öz qayıdışımı gözləyirəm”, – deyə sənətçi bildirib.
Şvartsenegger rejissorlar Tim Miller və Ceyms Kameronla çalışacağını da əlavə edib.