Tereza Mey istefa tarixini açıqladıbackend

Tereza Mey istefa tarixini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, Mühafizəkarlar Partiyasının lideri postundan iyunun 7-də istefa verəcək.

Bununla bağlı “The Guardian” məlumat yayıb.

O, istefa qərarını Mühafizəkarlar Partiyasına baş nazirləri təyin etmə və vəzifədən xaric etmə səlahiyyəti verən “1922 Komitəsi”nin iclasından sonra açıqlayıb.

“Ölkənin xeyri üçün Brexit prosesini yeni bir baş nazir davam etdirməlidir. Buna görə iyunun 7-də Mühafizəkarlar Partiyası liderliyindən istefa verəcəyimi elan edirəm”, – Mey açıqlamasında qeyd edib.

Aİ ilə Brexit üzrə yenilənmiş sazişlə razılaşmayan partiya üzvləri, eləcə də, Nazirlər Kabinetinin üzvləri Meyi istefa açıqlamasına məcbur ediblər. Bu o deməkdir ki, Mey Baş nazir vəzifəsindən də getməyə məcburdur.

Hazırda namizəd sabiq XİN-in başçısı Boris Consondur. O, öz namizədliyini irəli sürdüyünü elan etsə də, yeni liderin seçilmə prosesi rəsmi olaraq 7 iyundan sonra başlayacaq. Sabiq İcmalar Palatasının başçısı Andrea Lindsom da bu imkana sahibdir.

Potensial namizədlər arasında XİN rəhbəri Ceremi Hant, DİN başçısı Sacid Cavid da var. Altı həftə davam edən prosesdə yeni lider seçilənə qədər Mey Baş nazir kimi fəaliyyətini davam etdirə bilər.