Tribuna İnformasiya Agentliyi

Tereza Meyə sui-qəsd planlaşdırılıb?

20 İyun

Böyük Britaniya baş naziri Tereza Meyə qarşı planlaşdırılmış sui-qəsd zamanı cinayətkar hökumət başçısının Londondakı iqamətgahına daxil olaraq onun başını kəsməli idi.

TİA.AZ “The Independent”ə istinadla xəbər verir ki, İŞİD terror təşkilatının silahlısı, 20 yaşlı Naaimur Zakariya Rəhman iqamətgahın qarşısında partlayıcını işə salmağı, gözyaşardıcı qazla mühafizəçiləri zərərsizləşdirməyi və içəri daxil olmağı planlaşdırıbmış.

Rəhman ötən ilin noyabrında partlayıcı üçün avadanlıqlar alarkən saxlanılıb.

Prokuror Mayk Xeyvud bildirib ki, cinayətkar əvvəlcə Britaniyanın hərbi obyektlərini araşdırıb və hücumun nəticəsində ölməyə hazır olub.

Rəhman 22 yaşlı dostu Məhəmməd Akib İmrana Suriyanın İŞİD təşkilatına silahlı cəlb etməkdə yardımçı olub.