“Tərəqqi” Gəncliyin İnkişafı İctimai birliyi seminarlar keçirdi – FOTOLARbackend

“Tərəqqi” Gəncliyin İnkişafı İctimai birliyi seminarlar keçirdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 oktyabr 2020-ci ildə Masallı şəhərində “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən “Koronavirus pandemiyası şəraitində insan alveri ilə mübarizənin əhəmiyyəti və bu istiqamətdə maarifləndirmə işlərinin təşkili” layihəsinin ilk seminarları keçirilib.

TİA.AZ xəbər verir ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla 01 avqust – 01 noyabr 2020-ci il tarixləri əhatə edir.

Bu barədə  məlumat verən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Raci Səfərov qeyd etmişdir ki, seminarlar Masallı Gənclər Evinin texnki-təşkilati dəstəyi ilə, iki qrup və hər qrupda 10 nəfərdən çox olmayan iştirakçıların əvvəlcədən sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilmişdir. Seminarlar zamanı iştirakçılara iştirakçılara insan alveri haqqında ümumi məlumat, insan alverinin baş vermə səbəbləri və cəlbetmə yolları, potensial risk qrupları, insan alveri qurbanlarının ehtiyacları və yarana biləcək fəsadlar, insan alveri ilə mübarizə sahəsində hüquqi mexanizmlər, miqrant anlayışıları, deportasiya və viza anlayışları, mənşə, tranzit və təyinat ölkəsi mövzularında məlumatlar verilmişdir.

İştirakçlarla birgə müzakirələr aparılan seminar müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur.

“Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi