Ter-Petrosyandan Ermənistanda vətəndaş müharibəsi xəbərdarlığıbackend

Ter-Petrosyandan Ermənistanda vətəndaş müharibəsi xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistandakı daxili-siyasi vəziyyət partlayış təhlükəsi qarşısındadır, vəziyyət az qala vətəndaş müharibəsinə çevrilə bilər.
Bu sözləri Ermənistanın İctimai Televiziyasına müsahibəsi zamanı ölkənin birinci prezidenti Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, hazırda ölkədə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və keçmiş prezident Robert Koçaryanın tərəfdarları arasında açıq şəkildə təzahür edən antoqonizm mövcuddur.
“Bu düşmənçilik dayandırılmasa nə olacağını təsəvvür etmək qorxuludur. Hər iki tərəf ölüm-qalım məsələsini həll edir”, – deyə sabiq prezident bildirib.
Ter-Petrosyanın fikrincə, Ermənistanı olduqca ağır günlər gözləyir.