Təqaüdü bərpa etmək adı ilə adamları aldadan şəxsin şantaj əməlinin üstü açıldı – FOTObackend

Təqaüdü bərpa etmək adı ilə adamları aldadan şəxsin şantaj əməlinin üstü açıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən, həmçinin bir neçə rayon sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən rayonun Xırdapay kənd sakini Aydın Məmmədov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədov cari ilin aprel-may ayları ərzində dörd rayon sakininin etibarından istifadə edərək, onlara dayandırılmış təqaüdlərinin bərpa olunmasında köməklik göstərəcəyi barədə yalan vədlər verib və onlara məxsus ümumilikdə 10800 manat pulu ələ keçirib.

Bundan əlavə, saxlanılan şəxsin ətrafında aparılan istintaq tədbirləri nəticəsində onun başqa cinayət əməllərinin də üstü açılıb. Belə ki, sosial şəbəkələrdə aktiv iştirak edən A.Məmmədov iki vətəndaşa qarşı hədə-qorxu gələrək, barələrində sosial şəbəkələrdə rüsvayedici məlumatlar paylaşmamaq üçün onlardan ümumilikdə 1200 manat pul alıb.

Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları Aydın Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Kürdəmir RPŞ-yə müraciət etmələri xahiş olunur.