“Təqaüdçülər donacaq, uşaqlar ac qalacaq, supermarketlərin piştaxtaları boşalacaq…”backend

“Təqaüdçülər donacaq, uşaqlar ac qalacaq, supermarketlərin piştaxtaları boşalacaq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“NATO hərəkətə keçməli və Rusiyanın talançılar ordusunu onun tanınan sərhədlərinə dönməyə vadar etməlidir”
“Ayılmaq və barıtı qoxulamaq zamanı yetişib…”
“Putinin savaşı raketin zərbə dalğası kimi sürətlə Qərbə doğru irəliləməkdədir…”
“Qərbin sanksiyaları və silah tədarükünün Putini dayandıra biləcəyi inamı nonsensdir…”
“Putinlə Ukraynasız sövdələşib, ərazilər müqabilində sülh əldə etmək olar, amma bu rüsvayçı alver dünyada gələcək fəlakətin əsasını qoyacaq…”
Avropanın cəhənnəm dəhşətinə bürünməməsi üçün Putini dayandırmağın tək üsulu…
Putin rejiminin təcavüzünün Ukraynanın hüdudları daxilində dayandırmaq fikri, eynilə sanksiyaların və hətta Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünün Rusiyanı dayandırmaq gözləntiləri xülyadır.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Guardian” qəzetinin səhifələrində baş redaktorun köməkçisi Saymon Tisdall yazıb.
“Ayılmaq və barıtı qoxulamaq zamanı yetişib. Vladimir Putinin Avropanın ətrafında törətdiyi müharibə sanki raket partlayşının zərbə dalğası kimi sürətlə Qərbə doğrun irəliləməkdədir. O, evlərin, şirkətlərin qapılarını yerindən qoparır, Berlindən Birminqemədək bütün qitə boyu iş yerlərinə zərbə vurur. Müharibə Avropaya zəhərli sabitsizlik, bədbəxtlik və qorxu yağışı yağdırır”, – Tisdall əmin edib və qeyd edib ki, NATO rahat siyasi xülyaya qərq olub, sanki “Rusiyanın Ukraynaya qarşı müharibəsini Ukraynanın daxilində qapatmaq mümkündür”.
“Qərbin sanksiyaları və silah tədarükünün rusiyalıları dayandırması barədə inam nonsensdir. İndi Kiyevin inadkar müqavimətindən qəzəblənən və onu təcavüzə görə cəzalandıranlara ağrı törətməyə köklənən Putin Avropanı ələ salmağa hazırlaşır”, – məqalə müəllifi buna əmindir.
Onun sözlərinə görə, rusiyalı avtoktat energetikanı, ərzağı, milonlarla ukraynalı qaçqınları silaha çevirərək, iqtisadi və siyasi ağrı törədir, hamı üçün hərbi həyat şəraiti yaradır.
“Avropa üzərinə uzun və təlatümlərlə dolu qış gələcək və enerjidaşıyıcıları kifayət etməyəcək. Qazın kubmetri kimi, Qərb liderlərinin qorxaqlığı və uzağı görməməsi hər saat artmaqdadır. Rusiyanın sabitliyi pozan əməliyyatları, sosial şəbəkələrdəki manipulyasiyaları, kiberhücumları, ikili diplomatik standartları, nüvə şantajı, habelə Ukraynanın dinc sakinlərini yorulmadan qətlə yetirməsi-bütün bunlar yaxın aylarda Avropanın mühasirəsini yalnız gücləndirəcək. Qərbin bütün qitə miqyasında eskalasiyadan yan keçiləcəyinə qəribə inamı tezliklə yoxa çıxacaq”, – məqalədə belə deyilir.
Tisdall əmindir ki, qaz tədarükünün dayandırılması barədə proqnozlar özünü doğruldarsa və “Avropada işıq sönərsə”, o zaman problem təkcə zavodların dayanması, iş yerlərinin itirilməsində deyil, bazarların depressiyaya düşməsində olacaq.
“Təqaüdçülər donacaq, uşaqlar ac qalacaq, supermarketlərin piştaxtaları boşalacaq, qəbuledilməz qiymətlər daha da artacaq. Əmək haqları dəyərdən düşəcək, tətillər və küçə etirazları elə bir nöqtəyə çata bilər ki, Şri-Lanka ruhunda iflas təkrarlana bilər”, – məqalə müəllifi iddia edib və qeyd edib ki, proqnoz kifayət qədər gerçək ola bilər.
Tisdallın fikrinə görə, Avropa qışı Avropa ilə ABŞ arasında münasibətləri gərginləşdirə bilər.
“Baydenin üstünlük verdiyi sanksiyalar, iqtisadi yardım və başqa dinc tədbirlər Putini yerində oturtmaq üçün kifayət etməyəcək. Bəziləri Rusiyanı yavaş-yavaş çökdürəcək dalanın ABŞ-ın maraqlarına cavab verdiyinə şübhə ilə yanaşmağa başlayıb. Amma indi məhz Putin Avropanı qansızlaşdırır. Sanksiyalar “əks təsir” göstərir və ya pis icra edilir. Rusiyanın enerjidaşıyıcılarından olan gəlirləri artır. Ukraynanı nəzərə almasaq, Avropanın daha az zəngin ölkələri bunun nəticələrindən daha kəskin ağrı keçirir”, – ekspert yazıb.
Tisdall “xilasın aydın yolu”nu da göstərib: Putinə ərazilər müqabilində sülh mübadiləsi üzrə sövdələşmə təklif etmək, bunu isə Ukraynadan xəbərsiz etmək lazım gələcək.
“Bu rüsvayçı alış-verişin təsirli vəkilləri var. Əgər Rusiya işlərin normal gedişinə dönərsə, Avropanın əzabları yüngülləşəcək, bunu Ukrayna barədə demək olmaz. Eyni zamanda, belə sövdələşmə dünyanın gələcəyi və həm Avropada, həm də bütün dünyada fəlakətin əsasını qoyacaq presedent olacaq”, – icmalçı əmin edib və alternativ həll yolunu göstərib:
“NATO-nun üstün qüvvələrindən müharibənin gedişini qətiyyətlə dəyişmək”.
Tisdall əmindir ki, Qərbin Rusiyanın eybəcər ordusunu dəf etmək üçün  birbaşa, məqsədyönlü və güclü hərəkətləri üçüncü dünya savaşını elan etmək deyil. Bu “dəhşətə” tezliklə son qoymaq və Putinin və ona bənzəmək istəyənlərin “təşkil etdikləri qanunsuz qətliamdan” fayda götürməməsi üçün qayğı göstərməyin yeganə üsuludur.
“Putin maksimal zərər vurmaq məqsədini güdərək, Avropa demokratiyasını açıq-aşkar təhdid edir. Bütün sübutlar göz önündədir və onları görməzdən gəlmək olmaz. Yarımçıq tədbirlər və qorxaqlıq yetər! NATO indi hərəkətə keçməli və Putinin talançı ordusunu Rusiyanın tanınan sərhədlərinə dönməyə vadar etməlidir. Artıq təkcə Ukrayna deyil, həm də bütün Avropanın xilasına ehtiyacı var”, – Tisdall sözlərinə yekun vurub.