Temperatur 10 dərəcəyədək enəcək, güclü külək əsəcək – XƏBƏRDARLIQbackend

Temperatur 10 dərəcəyədək enəcək, güclü külək əsəcək – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ölkə ərazisində hava şəraiti pisləşəcək.
Milli Hidrometeorologiya Xidmətindən TİA.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Bu il narkotiklərin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətə cəlb olunan əcnəbilərin sayı açıqlanıb
Məişət zorakılığına məruz qalan 81 kişi Dövlət Komitəsinə müraciət edib – VİDEO
300 min manatdan çox pul mənimsəyən baş həkim və müavinin məhkəməsi başlayır
Noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, noyabrın 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə noyabrın 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək. Hvanın temperaturu 11-də ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.