Telli Pənahqızı rektor təyin olundubackend

Telli Pənahqızı rektor təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televiziya və Radio Akademiyasının rektoru Faiq Hüsiyev vəzifəsindən azad edilib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, QSC-nin sədri Rövşən Məmmədov Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının bu vəzifəyə təyin edilməsi ilə bağlı əmr imzalayıb.
Akademiyanın keçmiş rektoru Faiq Hüsiyev isə AzTV-nin İstimai-siyasi Proqramlar Studiyasının Analitik qrupunun rəhbəri təyin olunub.
Qeyd edək ki, Telli Pənahqızı 1980-ci ildən AzTV-də çalışır.
Bu təyinata kimi o, QSC-nin baş proqram direktorunun müavini vəzifəsində işləyirdi.
2019-cu ildən Milli Televiziya və Radio Şurasının üzvüdür.