Teletənqidçi Qulu Məhərrəmli: “Zaurun verilişinə verilən cəza digər aparıcılara da dərs olmalıdır”backend

Teletənqidçi Qulu Məhərrəmli: “Zaurun verilişinə verilən cəza digər aparıcılara da dərs olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.az xəbər verir ki, MTRŞ-nın aprelin 20-də baş tutan iclasında “ATV” televiziya kanalında yayımlanan “Bizimləsən” proqramına dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlar üzrə məsələyə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarı ilə aparıcı Zaur Baxşəliyevin aparıcılıq etdiyi “Bizimləsən” verilişi 1 günlük bağlanıb və “ATV” kanalı cərimələnib.
Məsələ ilə bağlı TİA.az-a danışan əməkdar jurnalist, teletənqidçi, Qulu Məhərrəmli bildirib ki, bu hadisədən digər verlişlər də nəticə çıxarmalıdır:

“Bütün hallarda televiziya kanalının verlişinin bağlanması pis hadisədir. Nəzərə alsaq ki, söhbət Zaurun verlişindən gedir bu zaman təəssüf hissi keçirməmək mümkün deyil. Çünki Zaur intellekti ilə seçilən, tamaşaçı ilə düzgün ünsiyyət qurmağı bacaran bir aparıcıdır.
MTRŞ-nın sözügedən qərarına gəldikdə isə onu deyə bilərəm ki, daha yüngül cəza da vermək olardı, ancaq görünür buraxılan səhv bu cəzanı labüd edib. Digər tərəfdən efirdə səhvə yola verən aparıcı yox, verlişin qonağıdır. Ona görə də qonaqların efirdən öncə psixoloji durumu, ümumi vəziyyəti nəzərə alınmalıdır. Düşünürəm ki, bu cəzadan digər verlişlər də nəticə çıxarmalıdır. Çünki son zamanlarda bəzi şou-proqram aparıcılarının kamera qarşısında həddindən artıq sərbəst olduğunu görürük. Nəzərə almaq lazımdır ki, canlı efir mina sahəsinə girmək kimi bir şeydir. Hər an hər şey baş verə bilər”.

TİA.AZ