Telefonu əlindən alındığı üçün intihar edən məktəbli … Psixoloqdan AÇIQLAMAbackend

Telefonu əlindən alındığı üçün intihar edən məktəbli … Psixoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeniyetməlik yaş dövrü elə bir dövrdür ki, valideyn çox diqqətli olmalıdır”.Bunu TİA. Az-a açıqlamasında psixoloq Nuriyyə Quliyeva deyib. Onun sözlərinə görə, valideynlər bu yaş dövründə olan övladları ilə davranışda ən xırda detalları belə nəzərə almalıdırlar:
“Bizə çox sadə, kiçik görünə bilən bir problem- telefonun yeniyetmənin əlindən alınması yeniyetmə üçün böyük bir problem hətta təhqir olunub sınması, heç bir səlahiyyətinin olmaması kimi təhlil oluna bilər. O, bunu bu cür qəbul edə bilər. Biz unutmamalıyıq ki, bir şəxsiyyət böyüdüruk.

Yeniyetmə belə qəbul edir ki, mən də artıq bir şəxsiyyətəm, bir fərd kimi mənim də qərarlarım var. Həmçinin telefon da mənə aiddir. Bir şəxsiyyət kimi hər hansı bir məlumat almaq haqqımdır. O telefonun onun əlindən alınması, artıq onun üçün hüquqlarının tapdalanması kimi qəbul edir. Ona görə də valideynlər bu məqamlarda diqqətli olmalı, yeniyetməyə şəxsiyyət kimi yanaşmalıdırlar”.Qeyd edək ki, Göyçayda 11-ci sinif şagirdi 2005-ci il təvəllüdlü Allahverdiyev Ayxan Fariz oğlu iyulun 5-də saat 23:00 radələrində yaşadığı evin həyətindəki yarımçıq tikilidə özünü asıb. Onun intihar səbəbi kimi anasının gözləri zəif gördüyü üçün anasının telefonunu əlindən alması bildirilir.

TİA. Az