Telefonlarına VPN proqramı yükləyən şəxslər həbs olunur – Türkmənistandabackend

Telefonlarına VPN proqramı yükləyən şəxslər həbs olunur – Türkmənistanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan hakimiyyəti bloklanmış xidmətlərə çıxışın təşkilinə yardım edənlərə qarşı cəza tədbirlərini gücləndirir. Aşqabadda müştərilərin telefonlarına VPN xidmətini quraşdırdığı üçün təxminən 30 nəfərə yaxın adam 15 günlük həbs edilib. Həbs edilənlərə inzibati məcəllənin hansı maddələrinin tətbiq edildiyi məlum deyil.

Hüquq-mühafizə orqanlarından bu barədə məlumat ala bilməyən jurnalistlər həbs olunanların cinayət təqibi ilə təhdid edildiyi məlumatlarınən dolaşdığını da bildirirlər.

VPN xidmət təminatçılarına qarşı təzyiqlər xaricdə yaşayan türkmənlərin Türkmənistan hökumətinə qarşı etirazları fonunda güclənib.

Beləki həmin etirazlarda prezident Qurbanqulu Berdiməhəmmədovun istefası tələb olunur. “Azadlıq” radiosunun məlumatına görə, hakimiyyət etiraz aksiyaları verilişlərinin Youtube və mesencerdə yayılmasının qarşısını almaq istəyir.

Beynəlxalq təşkilatların hər il tərtib etdiyi mətbuat və internet azadlığı indekslərində Türkmənistan sonuncu pillələri tutur. Ölkədə sosial şəbəkələr, təcili mesajlaşma və “Azadlıq” radiosunun saytı bloklanıb.