“Teledərs, Virtual Məktəb tamamilə lazımsızdır”-Kamran Əsədovbackend

“Teledərs, Virtual Məktəb tamamilə lazımsızdır”-Kamran Əsədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Tia.az xəbər verir ki, sözügedən məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov hazırkı durumda onlayn-distant təhsilin keyfiyyətsiz olduğunu deyib:
“Tele Dərs, Virtual Məktəb tamamilə lazımsızdır və öyrədici funksiyası yoxdur. Şagirdlərin alətləri, interneti yoxdur. Gəlin özümüzü aldatmayaq. İctimai nəqliyyatda hamı girib bir birinin ağzına.

Məktəbdə iltizam yazan şagirdlər hazırlıq kurslarındadır, ya repititor yanında, ya da küçədə oynayır. Dükan, iaşə obyektləri, market və restoranlarda yer yoxdur, hamı yapışıb bir-birinə. Yoluxma faktı var. Amma vaksinasiya gedir. 500 min insan vaksinasiya olunub. Təhsildə çalışanların 50 faizi vaksinasiya olunub. Bəs nəticə?”

Təhsil eksperti onlayn- distant təhsilin effektivsizliyini qeyd edərək çıxış yolunun təhsilin dondurulmasında gördüyünü deyib;
“Çıxış yolu? Pandemiya bitənə qədər ümumiyyətlə təhsil sistemini donduraq. Nazirdən tutmuş adi işçiyə qədər hər kəsin əmək haqqı dayandırılsın. Çünki təhsil öz öhdəliklərini yerinə yetirmir. O zaman, dövlət büdcəsindən maliyyələşməsi də dayandırılsın.”