Tələbələrin ali məktəblərə qeydiyyatı başlayıbbackend

Tələbələrin ali məktəblərə qeydiyyatı başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisəsinə qeydiyyatı başlayıb.

TİA.AZ xəbər verir ki, tələbə adı qazananlar sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini ali məktəblərə təqdim etməlidirlər.

Qeydiyyat onlayn qaydada həyata keçirilir. Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 42731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.