“TƏKCƏ “ZİRAAT BANK” DEYİL, BİR ÇOX BANKLARIN KOMİSSİYA HAQLARI OLDUQCA YÜKSƏKDİR” – EKSPERTbackend

“TƏKCƏ “ZİRAAT BANK” DEYİL, BİR ÇOX BANKLARIN KOMİSSİYA HAQLARI OLDUQCA YÜKSƏKDİR” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təkcə “Ziraat Bank” deyil, bir çox bankların komissiya haqları olduqca yüksəkdir”. Bunu TİA.Az-a iqtisadçı-ekspert Elmir Səfərli bankların yüksək xidmət haqqı tələbi haqqında danışarkən deyib. Ekspert bildirib ki, məsələni birbaşa Mərkəzi Bank nəzarətə götürməlidir:
“Ümumiyyətlə, son dönəmlər vətəndaşların ən çox narazılığına səbəb olan məsələlərdən biridir, bu. Bu da təbii ki, vətəndaşların ümumi satınalma gücünə uyğun olmadığı üçün narazılıq doğurur. Düşünürəm ki, bu problemlərin aradan qaldırılması üçün məsələni birbaşa Mərkəzi Bank xüsüsi nəzarətə götürməlidir.
Belə ki, Mərkəzi Bank müəyyən bankların qarşısında öhdəlik qoymalıdır. Öhdəlik ondan ibarət olmalıdır ki, bankların göstərdiyi xidməthaqları müəyyən faiz dərəcələri aralığında olmalı, optimallaşdırma siyasəti həyata keçirilməlidir.
Eyni şəkildə banklar arasında doğru bir rəqabət formalaşmalıdır ki, banklar istədiyi faiz və komissiyaları göstərdikləri xidmətə tətbiq etməsinlər. Belə olduğu halda rəqabət formalaşacaq və bundan yararlanan vətəndaşlar olacaq” – ekspert bildirib.
Qeyd edək ki, “Ziraat Bank” son dövrlərdə ölkədə yüksək komissiya haqqı tutan banklardan biridir. 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərən “Ziraat bank” yüksək faizləri və komissiyalarına görə müştərilərin imtina etməyə başladığı subyektlərdən birinə çevrilməkdədir.
Son dövrlər “Ziraat Bank” vasitəsi ilə pul köçürmələri etmək istəyənlərin sayı azalıb. Müştərilər deyirlər ki, istər göndərən, istərən alan tərəf komissiya haqqı tələbi ilə üzləşir.

TİA.Az