Təkbaşına 2,5 kilometrdən hərbi kolonu məhv etdi – VİDEObackend

Təkbaşına 2,5 kilometrdən hərbi kolonu məhv etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna qvardiyasının hərbçisi uzaq məsafədən Rusiyaya məxsus zirehli maşınları “Korsar” idarə olunan raketlə sıradan çıxarıb. AzVision.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilir ki, onun məharəti hərəkətdə olan maşını vurmasındadır. Çünki bu idarəolunan raketlə reallaşdırılsa belə çətin prosesdir. Saytlar məlum əməliyyatın videosunu da paylaşıblar.

Strateji Kommunikasiyalar Mərkəzi isə məlum uğurlu əməliyyatla bağlı belə bir paylaşım edib:

“Ukraynalı müdafiəçi hər atışda düşmənin bir texnikasını azaldır!”

Qeyd edilir ki, rus hərbi kolonunun sıradan çıxarılması əməliyyatı Donbassda reallaşdırılıb. “The Sun” nəşri də bu vidoeya diqqət çəkib. Nəşr qeyd edib ki, döyüşçünün 2,5 kilometr məsafədən inanılmaz dəqiqliklə atışlar həyata keçirməsindən sonra yolda zərərsizləşdirilmiş rus texnikaları yanaraq kül olub.