backend

Təkamül Allahı inkar edir, yoxsa təsdiq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təkamülçülər var gücləri ilə sübut etməyə çalışırlar ki, təkamül (yəni inkişaf) varsa, demək, Allah yoxdur.  

Təkamülçülər var gücləri ilə sübut etməyə çalışırlar ki, təkamül (yəni inkişaf) varsa, demək, Allah yoxdur. 

Əslində isə təkamülü yönləndirən elə Allahdır. Bu iki anlayış bir-birini inkar etmir. Allah özü kamildir. Amma dünya, o cümlədən də insan kamil deyil. Deməli, insan kamilləşməlidir. Bu da təkamülə gətirib çıxarır.

TİA.AZ xəbər verir ki, bu sözləri tanınmış tənqidçi Əsəd Cahangir Feysbuk səhifəsində təkamül nəzəriyyəsi haqda yazıb. O, insanın yaradılış və inkişafı ilə bağlı fikirlərini bölüşüb:

“Allah insanı özünə bənzər yaradıb, amma özünə bərabər yaratmayıb. Əgər Allah insanı kamil yaratsaydı, hər insan bir Allah olardı. Allah isə birdir, ikincisi ola bilməz. Əgər insan kamil olsaydı, dinlərə, müqəddəs kitablara, peyğəmbərlərə ehtiyac olmazdı. Həkim xəstəyə lazım olduğu kimi, din də, peyğəmbər də, müqəddəs kitab da mənəvi xəstələrə (cahillərə) lazımdır. Amma insan sadəcə naqis yox, həm də faili-muxtardır. Kim istəsə, öz mənşəyini meymuna, kim istəsə Allaha bağlaya bilər.

Təkamülün ən böyük metodoloji səhvi odur ki, inkişafı ancaq predmetin daxilində axtarır. Təkamülçülər unudurlar ki, daxildəki o hərəkət və inkişaf verən qüvvə özü də insana verilibdir və onu verən var. Təkamül bu daxili qüvvə ilə (ruh), onu verən qüvvənin qarşılıqlı təsirindədir. Onlar arasında fasiləsiz qarşılıqlı təsir və əlaqə var. Bu əlaqə və təsir olmadan həyat ola bilməz. Varlıq ölü cisimdən ibarət olar. Dünyaya həyat, hərəkət, inkişaf verən qüvvəni görmədən hər şeyi dünyanın özünə bağlamaq filmə baxıb onu həqiqət kimi qəbul edən uşağın düşüncəsinə bənzəyir. Böyük yaşlı insan isə başa düşür ki, bu, sadəcə filmdir və bu filmi göstərmək üçün kinomexanik var. Allah neçə min illərdən bəri baxdığımız Təkamül adlı bu filmin kinomexanikidir”.