Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bu peşə sahiblərinə şansbackend

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bu peşə sahiblərinə şans

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Sənətin varsa, Sənədin olacaq” layihəsinə başlayıb. TİA.Az xəbər verir ki, layihə çərçivəsində aşağıdakı ixtisaslar üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün sertifikat əldə etmək üçün şans yaranır:
“Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar”, “Bərbər”, “Aşpaz”, “Avtomobil təmiri-çilingəri”, “Mobil telefonların təmiri ustası”, “Plastik boru qaynaqçısı”, “Qənnadçı-Şirniyyatçı”
Qeyd olunan ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar həmin səriştələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.
İmtahanlardan uğurla keçən ərizəçilərə peşə ixtisasının müvafiq modulu üzrə bilik və bacarıqları təsdiq edən sənəd – Sertifikat təqdim ediləcəkdir. Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

TİA.Az