Təhsildə Keyfiyyət Təminatı Agentliyində yeni təyinatbackend

Təhsildə Keyfiyyət Təminatı Agentliyində yeni təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki,Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə Fərid Osmanov təyin olunub.
Qeyd edək ki, Fərid Osmanov 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Hökümətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-2019-cu illərdə isə Koreya İnkişaf İnstitutu İctimai Siyasət Məktəbində isə magistr təhsili alıb.
2011-2014-ci illərdə “Bakcell” MMC şirkətində, 2014-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazırliyinin audit şöbəsində , 2020-ci ildə Sumqayıt Texnologiyalar Parkında və 2020-2021-ci illərdə Türkiyə Respublikasının “Molen Group” şirkətində müxtəlif vəzifələrdə çalışıb.
Qeyd olunan məlumat TKTA tərəfindən təqsdiqlənmişdir.