Təhsildə Keyfiyyət Təminatı Agentliyi vakansiya elan etdi – Şərtlərbackend

Təhsildə Keyfiyyət Təminatı Agentliyi vakansiya elan etdi – Şərtlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edib. TİA.Az xəbər verir ki, agentlik tələbləri açıqlayıb.
Bura ali təhsil; sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqındda biliklər; minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır) daxildir.
Eyni zamanda ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı, yüksək səviyyədə Azərbaycan dili biliyi; “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı, effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı, analitik, strateji düşünmə və problem həlletmə bacarığı olalıdır.
Bundna əlavə, monitorinq və qiymətləndirmə bacarığı, təşkilatçılıq bacarığı, komandada işləmə bacarığı, zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı, minimum yaş həddi – 30 yaş olmalıdır.
Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası, yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak imkanı, özünüinkişaf və karyerada yüksəliş imkan, yüksək əməkhaqqı üstünlükləri var.

TİA.Az