Təhsildə Keyfiyyət Təminatı Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirirbackend

Təhsildə Keyfiyyət Təminatı Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Qazaxıstanın akkreditasiya təşkilatı “Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentlik – IQAA” arasında anlaşma memorandumu imzalanıb.

TKTA-dan TİA.AZ-a bildirilib ki, memorandumun əsas məqsədi iki ölkənin ali təhsil sahəsində təhsilin keyfiyyətinin artırılması, ali məktəblərdə keyfiyyət mədəniyyətinin formalaşmasına töhfə verməkdir. Eyni zamanda, bu işdə qarşılıqlı təcrübə, məlumat və ekspert mübadiləsini təmin etmək, müştərək təhsil layihələrinin icrasını təşkil etməkdir.

Əməkdaşlıq Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə müsbət təsir göstərərək təhsil sahəsində ölkələrarası münasibətlərin genişləndirilməsinə xidmət edəcək. Keyfiyyət təminatı sahəsində imzalanan ikitərəfli memorandum TKTA-nın digər beynəlxalq agentliklərlə də yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcək.

TİA.AZ