TƏHSİL NAZİRLİYİNİN ONLAYN UŞAQ BAĞÇASI SEÇİMİNDƏ RƏZALƏT – YENƏ DƏ…backend

TƏHSİL NAZİRLİYİNİN ONLAYN UŞAQ BAĞÇASI SEÇİMİNDƏ RƏZALƏT – YENƏ DƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 26-dan Bakı üzrə uşaq bağçalarına onlayn növbəyə yazılma prosesinə start verilsə də, tamamilə rəzalət yaşanmaqdadır. Təhsil Nazirliyi tərəfindən təşkil olunan onlayn seçim zamanı əksər valideynlər müvafiq ərazi üzrə uşaq bağçası tapa bilməyiblər. Hətta bir çoxuna yaşadığı ünvandan qat-qat uzaqda yerləşən təhsil müəssisələri təklif edilib.
Misal üçün paytaxtın Səbail rayonu ərazisində yaşayan vətəndaşa Xətai, yaxud Suraxanı rayonunda yerləşən bağçalar təklif edilib. Bu da bir daha ortaya çıxardı ki, Təhsil Nazirliyinin onlayn bağça seçimi proyekti də iflasa urğayıb. Çünki onlayn seçim olsa da, yenə “dədə-baba qaydasında”, bağça müdirələri ilə anlaşaraq valideynlər övladlarını yerləşdirə bilirlər. Guya boş yer olmadığı bəhanə edilir, yaxud ərazi üzrə bağça tapılmır, amma bağçaya müraciət edərək müdirə ilə qeyri-rəsmi söhbət aparanda dərhal problem həllini tapır. Ona görə hazırda bu proses rüsvayçı şəkildə getməkdədir.


“Birdən-birə bütün problemlərin həll olunacağını düşünmək sadəlövhlük olar”. Bunu TİA.Az-a təhsil eksperti Elçin Süleymanov deyib. Onun sözlərinə görə, hazırda məktəbə qədər təhsil müəssisələrinə ciddi ehtiyac var və say artırılmalıdır: “Bağçalara qeydiyyatla bağlı istər icra hakimiyyətinə verilərkən, istərsə də ondan əvvəlki illərdə müəyyən söz-söhbətlər vardı. İndi isə Təhsil Nazirliyinin tabeliyinə verilməsi, Nazirlik tərəfindən də ciddi islahatyönümlü addımların atılması təqdirəlayiqdir. Birdən-birə bütün problemlərin həll olunacağını düşünmək sadəlövhlük olar. Amma addımlar atılır.
Bir neçə ildir ki, orta məktəblərə qəbulun da mərkəzləşmiş qaydada həyata keçirilməsi bu söz-söhbətləri kifayət qədər azaltdı. Çünki təhsildə ən çox şikayət olunan mövzulardan biri məhz bu idi. Bağçalarda kriteriya odur ki, şəxsin yaşadığı ərazilərdə olan bağçalara uşaqlar getməlidir. Ancaq bəzən bağçaların azlığı ilə əlaqədar uyğunsuzluqlar yaranır. Məsələn, valideynin yaşadığı ərazidə yaşayan çoxdur, bağça azdır. O zaman yaxın başqa ərazilər təklif oluna bilər. Bu da normaldır”.

TİA.Az