Təhsil Nazirliyinin 180 minlik layihə sənədibackend

Təhsil Nazirliyinin 180 minlik layihə sənədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Təhsil Nazirliyinin Təsərrüfat Hesbalı Əsaslı Tikinti və Təchizat İdarəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” Kommunla Layihələndirmə İnstitutu ilə satınalma müaaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 87 654 AZN olan müqavilədə Bərdə rayonunun Alpoud kəndində 264 şagird üçün tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Təhsil Nazirliyi həmçinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu ilə də müqavilə imzalayıb. Satınalma müqaviləsində Ağdam rayonunun Mahrızlı kəndində 320 şagird üçün tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 92 040 AZN təşkil edir.