Təhsil Nazirliyindən əcaib qərar: 53 bal yığan müəllimə işsiz qaldı, 50 bal yığan işə götürüldü – FOTOLARbackend

Təhsil Nazirliyindən əcaib qərar: 53 bal yığan müəllimə işsiz qaldı, 50 bal yığan işə götürüldü – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala rayonu Maqov kənd sakini Qleqeova Aynur Abdurrauf qızı Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı verdiyi qərardan şikayətçidir. 

Azsiyasət.com-a daxil olan şikayət məktubunda A.Qleqova bildirir ki, 2020-ci ildə Müəllimlərin İşə Qəbul imtahanında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 53 bal toplayıb. Ancaq Təhsil Nazirliyi onu deyil, 50 bal toplamış şəxsi işə qəbul edib: 

“Bu il Zaqataladan heç bir vakansiya verilmədi. Körpə uşaqlarımız olduğuna görə, başqa rayonlardan vakansiya seçmədik. İndi öyrənirik ki, Zaqatala rayon Çökək kənd məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 50 bal toplamış müəllimə gəlib. Biz bu barədə Təhsil Nazirliyinin oficce@edu.gov.az e-mail ünvanına da yazdıq. Bizə “Hazırda müsabiqənin mərhələləri başa çatdığına görə, yeni yaranan vakant yerlərə ixtisaslı müəllim kadrlarının yerləşdirilməsi Təhsil İnstitutunun Təhsil İşçilərinin Sertifikatlaşdırma Mərkəzi tərəfindən bal ardıcıllığı gözlənilməklə aparılır” deyə, cavab yazdılar. Bal ardıcıllığı olaraq bizə zəng etməklə, yaxud da qeyd etdiyimiz qele88@gmai.com e-mail ünvanına rəsmi şəkildə məlumat verilməli idi, amma verilməyib”.

Qısa araşdırmamız nəticəsində aydın oldu ki, A.Qleqovanın müraciətlərinə baxmayaraq, ondan daha az bal yığan müəllimənin işə qəbulu şəxsi münasibətlər, tanışlıq prinsipi əsasında baş tutub. Belə ki, son vaxtlar Təhsil Nazirliyi ilə bağlı vətəndaş şikayətlərində də məhz bu amil önə çəkilir.  

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənmək üçün qurumun mətbuat katibi Cəsarət Valehovla əlaqə saxlamağa çalışdıq. Çox təəssüf ki, C.Valehov bu dəfə də öz ənənəsinə sadiq qalaraq, telefon zənglərimizə cavab vermədi.

Mövzunu diqqətdə saxlayacağıq və A.Qleqovaya qarşı olunan ədalətsizliyin aradan götürməsi üçün şəxsən Təhsil naziri Emin Əmrullayev bu məsələyə müdaxilə etməsinə çalışacağıq.