Təhsil Nazirliyindən dərslərlə bağlı açıqlamabackend

Təhsil Nazirliyindən dərslərlə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi məktəbdə keçirilən dərslərlə bağlı açıqlama yayıb.

TİA.AZ xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov feysbuk hesabında dərs cədvəlinin məktəb səviyyəsində tərtib edildiyini yazıb.

O qeyd edib ki, bu zaman V-IX siniflərdə əyani dərslərin həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulmaqla dərslərin sayı normativi aşmadan müəyyən edilir.

Qeyd edək ki, fevral ayının 1-dən məktəblərdə əyani tədris qismən bərpa olunub.