Təhsil Nazirliyi yeni tədris ili ilə bağlı təlimat hazırlayıb? – RƏSMİbackend

Təhsil Nazirliyi yeni tədris ili ilə bağlı təlimat hazırlayıb? – RƏSMİ

Təhsil Nazirliyi məktəb direktorlarına yeni tədris ili ilə bağlı heç bir təlimat mətni göndərilməyib.

Bu barədə  nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, yeni tədris ilinin təşkili ilə bağlı yerlərdə valideyn və müəllim, şagird və tələbələrlə, təhsil idarəedənlərlə müzakirələr aparılır:

“Məsləhətləşmələr çərçivəsində təkliflərin nədən ibarət olduğunu bilmək üçün aidiyyəti üzrə sorğular göndərilib. Təkliflər sonradan dəyərləndirilərək yekun qərar veriləcək. Ötən həftədən etibarən Təhsil naziri Emin Əmrullayev həm İctimai Şuranın üzvləri, həm də məktəb direktorları ilə görüşlər keçirib. Növbəti günlərdə də paytaxt və bölgələrdə olan şagird, valideyn, müəllimlərlə video formatında görüşü olacaq. Həmin görüşdə səsləndirilən rəylər də mütləq nəzərə alınacaq”.

C.Valehov bildirib ki, nazirin belə görüşləri mütəmadi şəkildə keçiriləcək:

“Sonrakı mərhələdə isə yeni tədris ilinin təşkili ilə bağlı təlimatlar göndəriləcək. Lakin hazırda heç bir təhsil müəssisələrinə hər hansı təlimatlar göndərilməyib. Bu gün üçün sadəcə təhsil idarəedənlərin fikirləri öyrənilir”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki