Təhsil Nazirliyi açıqladı – Bu müəllimlər işdən azad ediləcək -VİDEObackend

Təhsil Nazirliyi açıqladı – Bu müəllimlər işdən azad ediləcək- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu  il orta ümumtəhsil məktəblərindəvə ali təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin sertifikasiyasına başlanacaq. Prosestest imtahanları və müsahibə mərhələlərindən ibarət olacaq.  Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva deyir ki, sertifikasiyanın əsas məqsədi müəllimlərin peşəkar inkişaf səviyyəsinin yoxlanmasıdır.

Tükəzban Quliyeva bildirir ki, keçid balını toplamayan və ya üzürlü səbəblərdən imtahanda iştirak etməyən şəxslər 1 il  sonra yenidən imtahan verməli olacaqlar.  Ancaq növbəti dəfə uğur qazanmadıqda, həmin müəllimlər işdən kənarlaşıdırılacaqlar.

Sertifikasiya imtahanlarının keçirilməsi ilə bağlı qərar isə müəllimlər tərəfindən birmənalı qarşılanmır.

Təhsil üzrə ekspert  Elşən Qafarov deyir ki, bu günə qədər müəlimlərin diaqnostik qiymətləndirilməsi keçirilib, ancaq bu, müəllim peşəkarlığını yoxlamaq məqsədi daşımayıb. Sertifikasiya isə özlüyündə onların peşə bacarıqlarının səviyyəsini ortaya çıxaracaq. Bununla belə, Ekspert prosesdə ciddi çatışmazlıqların olacağını istisna etmir.

Ekspertin sözlərinə görə,imtahanlarda uğur qazanmayan müəllimlərin əmək müaviləsinə xitam verilməsi həmin şəxslərin sosial və psixoloji durumlarına ciddi təsir edəcək. Elşən Qafarov həmçinin deyir ki, sertifikasiyadan keçə bilməmək həmin şəxslərin diplomlarının qüvvədən düşməsi anlamına gəlmir. Yəni işdən azad edilənlər yenidən Müəllimlərin İşə Qəbulu İmtahanlarında və ya digər sahələrdə özlərini sınaya biləcəklər. Ekspert onu da qeyd edir ki, sertifikasiyanın yekununda 30 faiz müəllimin işsiz qalacağı ehtimal olunur.