Təhsil Nazirliyindən xarici diplomlarla bağlı mühüm xəbərbackend

Təhsil Nazirliyindən xarici diplomlarla bağlı mühüm xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu ilin I rübü ərzində diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən TİA.AZ-a verilən məlumata görə ötən dövr ərzində  Agentliyə 678 müraciət daxil olub:
  • 2021-ci ilin 1-ci rübü üzrə 678 müraciətçinin 493-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 185 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tanınma üzrə müraciətlərin icrası yanvar ayı üzrə 21, fevral ayı üzrə 14, mart ayı üzrə isə 20 gün ərzində tamamlanıb.
  • Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 103, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 72 və digər səbəblərə görə 10 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.
  • İxtisas seçimlərində iqtisadiyyat üzrə 112, hüquqşünaslıq  üzrə 91, maliyyə üzrə 82, tibb üzrə 75, biznesin idarə edilməsi üzrə 49, mühəndislik üzrə 48, menecment  üzrə 41, beynəlxalq münasibətlər üzrə 32, turizim üzrə  14, kompüter elmləri üzrə 13 və digər ixtisaslar üzrə 121 nəfər müraciətçi qeydə alınıb.
  • Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 197, Türkiyə Respublikasından 170, Rusiya Federasiyasından 167, Gürcüstandan 50, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 83 müraciətin olduğu müşahidə olunur.
  • Ümumilikdə rüb ərzində verilən mənfiqərarların 29%-i aşağıda qeyd edilən 10 ali təhsil müəssisəsini əhatə edir.