Təhsil naziri vətəndaşlara müraciət etdibackend

Təhsil naziri vətəndaşlara müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici kvalifikasiyaları tanınmış ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu (www.kadr.taninma.az) istifadəyə verib”.
TİA.AZ xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.
O bildirib ki, kadr bankının yaradılması bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərilməsi və işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə verilməsi baxımından olduqca əhəmiyyətlidir: “Kadr bankına kvalifikasiyaları tanınmış ərizəçilərin əlavə edilmə prosesi davam edir. Müraciətlərinə müsbət qərar verilmiş vətəndaşlar şəxsi kabinetləri vasitəsilə yeni yaradılan kadr bankına qoşula bilərlər”.