Təhsil ekspertindən DİM-ə təklifbackend

Təhsil ekspertindən DİM-ə təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il pandemiya səbəbindən DİM imtahanların keçirilməsi ilə bağlı qaydalarda müəyyən dəyişikliklər etmişdi. Həmin dəyişikliklərdən biri də qızdırması 37° yuxarı olan şagird və abituriyentlərin imtahan binasına buraxılmaması idi. Bu il bu məsələ ilə bağlı dəqiq qərar olmasa da anoloji halın təkrarlana biləcəyi istisna edilmir. Tia.az xəbər verir ki, tanınmış təhsil eksperti Elçin Əfəndi öz facebook səhifəsində sözügedən məsələyə toxunaraq aşağıdakı təkliflə çıxış edib;

“Məlum olduğu kimi ötən il buraxılış və qəbul imtahanlarında hərarəti 37° olan onlarla şagird və abituriyent müsabiqədən kənarda qaldı. Həmin şəxslər 1 il itirdilər. Bu il bu problemin həlli üçün Dövlət İmtahan Mərkəzinə təklif edirəm ki, hərarəti olan şagird və abituriyentlər kənarda qalmasın. Onlar üçün xüsusi otaq və nəzarətçi ayrılsın və imtahanlarda iştirakları təmin edilsin. Bu elə də çətin məsələ deyil. Taleyüklü bir məsələyə biganə qalmayaq!”