Təhsil eksperti Kamran Əsədov Şabran şəhər 1 saylı körpələr evində uşaqlara verilən günorta və axşam yeməyi haqqında paylaşım edib. TİA. az xəbər verir ki, paylaşımda deyilir:
“Bu hansısa əsir düşərgəsində uşaqlara verilən qida deyil, bu Şabran şəhər 1 saylı körpələr evində uşaqlara verilən günorta və axşam yeməyidir.
Vicdanınız olsun, bəsdir dövlət büdcəsindən oğurladınız. Uşaqlar acından ağlayır. Nə qədər uşaqların yeməyini oğurlamaq olar? Bu yeməyi öz övladlarınıza rəva görərsiniz?”