Təhsil eksperti Elçin Əfəndi: “Mən yay məktəbinin əlehinəyəm”backend

Təhsil eksperti Elçin Əfəndi: “Mən yay məktəbinin əlehinəyəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.az xəbər verir ki, Təhsil Nazirliyi Pandemiya səbəbi ilə 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsi distant (məsafədən) formada təşkilini nəzərə alaraq zəruri bilik və bacarıqların möhkəmləndirilməsi məqsədilə ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin təşkili ilə bağlı sorğu keçirir. Mövzu ilə bağlı TİA.az-a danışan təhsil üzrə ekspert Elçin Əfəndi deyib ki, əgər yay məktəbinin də distant formada keçirilməsi nəzərdə tutulursa, burda müsbət nəticə almaq mümkün olmayacaq:

Əgər ənənəvi qaydada tədris aparılarsa, o zaman bəli, yay məktəbinə ehtiyac var. Yox, əgər tədris yenidən distant formada aparılacaqsa, yay məktəbinin təşkilinə ehtiyac yoxdur. Çünki bu ehtiyac ona görə yaranıb ki, distant təhsil dövründə şagirdlər tədrisi yaxşı mənimsəməyiblər. Əgər yenidən distant formada tədris davam edirsə, nəticə dəyişmir. Digər tərəfdən davamiyyət problemi aktuallaşır. Çünki yay aylarında insanlar əsasən istirahət üçün rayonlara yaxud da xarici ölkələrə üz tutur.

Düzdür, pandemiya şəraiti ilə əlaqədar olaraq sərhədlər bağlıdır, ancaq yenə də yay aylarında vəziyyət dəyişə bilər. Həmçinin rayonlara üz tutanlar da mütləq ki, olacaq. Təbii ki, bu da öz növbəsində davamiyyətə təsir göstərəcək.
İstənilən halda yay məktəbi distant olacaqsa, mən bunun əleyhinəyəm.

TİA.az