Tribuna İnformasiya Agentliyi

Tehranda qəzaya uğrayan Türkiyə təyyarəsində iş adamının qızı və rəfiqələri olub – FOTO – TƏFƏRRÜAT

12 Mart

Türkiyəyə məxsus şəxsi təyyarənin İranın paytaxtı Tehranın cənubunda qəzaya uğraması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, təyyarə “Başaran Holdinq”in rəhbəri Hüseyn Başarana məxsus olub.

BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub.

Məlum olub ki, təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış.

Qəza nəticəsində sağ qalan olmayıb.